Azərbaycanın iştirakı ilə TAP-ın açılışı olacaq
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın iştirakı ilə TAP-ın açılışı olacaq

"2021-ci ildə TAP (Trans-Adriatik Pipeline) enerji layihəsinin açılış mərasimi keçiriləcək".

"2021-ci ildə TAP (Trans-Adriatik Pipeline) enerji layihəsinin açılış mərasimi keçiriləcək".

Publika.az xəbər verir ki, bunu İtaliyanın Azərbaycsndakı səfiri Campaolo Kutillo bu gün ADA Universitetində keçirilən Azərbaycan-İtaliya diplomatik münasibətlərinin 25 illiyinə həsr olunan dialoq forumunda çıxışı zamanı bildirib.

Səfir deyib ki, açılışda Azərbaycan rəsmilərinin də iştirakı gözlənilir. Onun sözlərinə görə, İtaliya TAP-ın üç əsas investorlarından biridir.

Campaolo Kutillo qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir:

"Azərbaycan və İtaliya arasında bütün sahələrdə yaxşı əlaqələr var. İki ölkə arasında parlamentlərarası dostluq qrupu da yaxşı əməkdaşlıq edir. Bu əlaqələrin qurulmasında ölkə başçılarının əvəzsiz rolu vardır".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm