İqtisadi gündəm
Qətərlə münasibətlərin kəsilməsi OPEK-ə necə təsir edəcək? - AÇIQLAMA
"OPEK -in bir neçə ölkəsi ilə Qətər arasındakı böhran qısamüddətli perspektivdə təşkilatın neft bazarının balanslaşdırılması üzrə səylərinə xələl gətirə bilər".
Bunu Trend-ə "Mediterranean Energy Political Risk Consultancy" şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.
O qeyd edib ki, indiki bazar şərtlərində OPEK daxilindəki qeyri-stabillik cox ciddi qəbul olunmalıdır. "Silahlı eskalasiyaya gətirib çıxara biləcək istənilən gərginlik Qətərin İranla yaxınlaşmasına səbəb ola bilər. Bu isə müəyyən dövlətlər tərəfindən müsbət qəbul olunmur".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!