İqtisadi gündəm
Bu il dünyanın ən böyük çöküşü olacaq, ABŞ və Qərb... - DƏHŞƏTLİ PROQNOZLAR
Qlobal bazarların ən məşhur sərmayəçilərindən olan Cim Rocers Qərb dünyası üçün dəhşətli sayıla biləcək proqnozlar irəli sürüb.
Publika.az xəbər verir ki, o, “Biznes İnsayder” qəzetinə müsahibəsində bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini söyləyib.
“Amerikadakı bəzi səhmlər bir balona çevrilir. Və nəticədə sistem çökəcək. Mən də buna görə Çinə köçdüm və uşaqlarım Çin dilini öyrənirlər. Dövlətlərin iflas etdiyini görəcəksiniz. İslandiya kimi. Başqa ölkələrin taleyi də belə olacaq. Qərb mədəniyyəti çökəcək. Həyatınız boyunca yaşayacağınız ən böyük çöküş olacaq”, - Cim Rojers deyib.
Məşhur sərmayəçi qeyd edib ki, bu ilin sonunda və ya gələn il bütün tarixin ən böyük böhranı baş verəcək. O, dünya böhranının 2008-ci ildə olduğu kimi heç gözlənilməyən bir ölkədən başlanacağını dilə gətirib.
“2007-ci ildə İslandiya iflas etdi. Hər kəs çaşıb qaldı. “Onların bir bazarı varmı?” deyə soruşanlar oldu. Daha sonra İrlandiya, “Bear Stearns” və “Lehman Brothers” çökdü”, - o vurğulayıb.
ABŞ başda olmaqla, dünyadakı borcun miqdarının heç bir zaman bu qədər acınacaqlı vəziyyətdə olmadığını vurğulayan Rovers bildirib ki, 2008-ci ilin böhranında Çinin əlində pis günlər üçün böyük ehtiyat var idi:
“Çətin günlər gəldi və onlar da pullarını xərcləməyə başladılar. Hazırda Çinin də borcu var. Amma ABŞ Mərkəzi Bankının borcu 2008-ci ildəkindən beş dəfə çoxdur”.
Ömər Dağlı
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia