İqtisadi gündəm
Rusiyalı ekspertlər: "Çin Avropaya yükləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə çatdıra bilər"
Bu il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu dəhlizi Avropa Birliyinə tranzit yükləri Rusiya ərazisindən yan keçməklə çatdıracaq.
Publika.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu dəhliz Rusiyanı "Yeni İpək Yolu" layihəsindən kənarlaşdıra bilər. Çünki yüklərin Avropa Birliyi ölkələrinə Rusiya ərazisi ilə daşınması sürət baxımından Çini qane etmir.
BTQ 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində istismara veriləcək. Magistral Çini Avropa ilə birləşdirəcək sürətli və təhlükəsiz ticarət dəhlizi ilə birləşdirəcək "Bir kəmər - bir yol" meqalayihəsinin əsas tərkib hissəsi olacaq. İlk dövrlərdə magistral vasitəsilə 6,5 mln. ton, daha sonra isə daşınmaların 17-20 mln. tona çatırılacağı gözlənilir.
Hazırda Çindən Avropaya quru yükdaşımalarının əsas həcmi Transsibir magistralı vasitəsilə çatdırılır. Çünki Rusiya daşımalar zamanı nisbətən ucuz tariflər (1 konteyner üçün 6-7 min dollar) sayəsində Azərbaycan və Türkiyədən üstünlük əldə edib.
Lakin yeni magistralın tikintisi ilə vəziyyət dəyişəcək. Mütəxəssislər istisna etmirlər ki, Rusiya bir neçə il sonra "Yeni İpək Yolu" layihəsindən çıxa bilər.
"Problem Transsibirdə Rusiya yüklərinin çoxluğu və magistralın aşağı buraxma qabiliyyəti ilə əlaqələndirilir. Çindən iri, əlavə tranzit yüklərə də tab gətirmək asan deyil", - "TeleTrade" şirkətinin analitiki Mark Qoyxman bildirib.
Eyni zamanda Rusiya və Qazaxıstan üzərindən daşınmaların genişləndirilməsinə bu istiqamətlərdə yük qatarlarının hərəkət sürətinin aşağı olması da problem yaradır. Belə ki, Transsibir magistralında orta sürət təqribən 12 km/s təşkil edir. Bununla yanaşı, Qoyxman vurğulayır ki, bu nəqliyyat dəhlizində hərəkəti ləngidən "dar məntəqələr" çoxdur. Ekspertlər hesab edirlər ki, Çin məhz buna görə Rusiyanın nəqliyyat sisteminə sərmayə yatırmağa tələsmir. Sahənin analitikləri etiraf edirlər ki, BTQ-nin tikintisinin yekunlaşması Çindən Avropaya daha rahat marşrutun yaranacağı deməkdir. Bu dəhliz sayəsində yüklərin Qara dənizdə boşaldılmasına ehtiyac qalmayacaq.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi 2008-ci ildə başlayıb. Onun 2011-ci ildə istismara veriləcəyi planlaşdırılmışdı.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var