Azərbaycanın xarici dövlət borcu açıqlandı - 7 milyard dollar
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın xarici dövlət borcu açıqlandı - 7 milyard dollar

1 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172,6 milyon ABŞ dolları (12,208,5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18,9 faiz təşkil edib.

Maliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm