Zaqatalada Gömrük Laboratoriyası açıldı - - FOTO
Bizi izləyin

İqtisadi gündəm

Zaqatalada Gömrük Laboratoriyası açıldı - - FOTO

Zaqatalada Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyasının rəsmi açılış mərasimi olub.

Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, mərasimdə komitə sədri Aydın Əliyev, rayon rəsmiləri, bölgədə fəaliyyət göstərən sahibkarlar və digər şəxslər iştirak ediblər.

DGK Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə bildirib ki, laboratoriyanın yaradılmasında məqsəd ölkədə istehsal olunan fındıq və fındıq məhsullarının ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyətində əməyin yüngülləşdirilməsini təmin etməkdir. Zaqatala Gömrük Laboratoriyasında fındıq məhsullarında mövcud olan aflatoksinlərin tədqiqi aparılacaq.

Qeyd edilib ki,tərkibində aflatoksin olan fındıq məhsullarının ixracına icazə verilmir. Yüksək keyfiyyətli fındıq məhsullarının ixracının artırılması üçün Azərbaycanda yetişdirilən bu məhsulların dəqiq laborator analizi aparılmalıdır.

Qeyd edək ki, ötən il kənd təsərrüfatı məhsulları arasında ən çox ixrac olunan məhsullardan biri də məhz fındıqdır. 2016-cı il ərzində 105 milyon dollardan artıq fındıq məhsulu ixrac olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm