Dünyanın ən məşhur şəhərləri - YENİ SİYAHI
Bizi izləyin

İqtisadi gündəm

Dünyanın ən məşhur şəhərləri - YENİ SİYAHI

Mərkəzi ABŞ-da yerləşən “Mastercard” maliyyə şirkəti “2016 Qlobal Şəhərlər İndeksi” siyahısını təqdim edib.

Publika.az xəbər verir ki, siyahıda dünyanın 30 ən məşhur şəhəri yer alıb.

9 ildir mütəmadi olaraq yayımlanan siyahının tərtibində şəhərlərin ümumi ziyarətçi sayı, xaricdən gələnlərin həmin şəhərlərdə xərclərinin miqdarı və turistlərin nəqliyyatdan istifadə sayı nəzərə alınır.

Siyahıya 2016-cı ildə ən çox qonaq qəbul edən şəhər olan Taylandın paytaxtı Banqkok başçılıq edir. Banqkoku sıra ilə İngiltərənin paytaxtı London, Fransanın paytaxtı Paris, BƏƏ-nin ən böyük şəhəri olan Dubay və Asiyanın şəhər-dövləti Sinqapur izləyir.

Siyahının ilk onluğunda yer alan şəhərlərin qonaqlama sayı isə belədir:

Banqkok - 19.41 milyon

London – 19.06 milyon

Paris - 15.45 milyon

Dubay - 14.87 milyon

Sinqapur - 13.11milyon

Nyu-York - 12.70 milyon

Seul - 12.39 milyon

Koala Lumpur - 11.28 milyon

Tokio - 11.15 milyon

İstanbul – 9.16 milyon

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm