Maldarlığın inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanır
Bizi izləyin

İqtisadi gündəm

Maldarlığın inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanır

“Azərbaycan Respublikasında maldarlığın intensiv inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı” layihəsi hazırlanıb.

Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məlumat verilib.

Hesabatda qeyd olunub ki, cari ilin ilk 6 ayında ölkəyə 2177 baş cins damazlıq boğaz düyələr gətirilib. Onlardan 1311-i 188 hüquqi və fiziki şəxsə güzəştli şərtlərlə satılıb, 866 baş heyvan isə hazırda karantində saxlanılır.

Ətlik-südlük istiqamətli ailə-kəndli təsərrüfatlarının yaradılması ilə bağlı İmişli, Bərdə və Ağcabədi rayonlarında həyata keçirilən pilot layihənin təcrübəsinin digər regionlarda tətbiq edilməsi istiqamətində Proqram layihəsi hazırlanıb. Əldə olunan təcrübəyə əsaslanaraq, layihənin ikinci mərhələsi kimi daha təkmil kooperativləşmə və idarəetmə modellərinin yaradılması və digər rayonlara tətbiqi ilə bağlı qiymətləndirmə işləri artıq başa çatıb. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, layihənin həyata keçiriləcəyi rayonlar müəyyənləşdirilib.

Bununla yanaşı, hazırda layihə üzrə texniki-iqtisadi əsaslandırma və biznes-planlar hazırlanır, eyni zamanda, fermerlərin seçimi üzrə müvafiq fəaliyyətlər icra olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm