Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi
Bizi izləyin

İqtisadi gündəm

Bir neçə sığorta şirkətinin lisenziyası ləğv edildi

Daha bir neçə sığorta şirkətinin lisenziyası ləğv edilib.

Bu barədə Trend-ə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Lisenziya sahiblərinin könüllü müraciətləri əsasında “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci yarımbəndinə müvafiq olaraq sığorta agenti fəaliyyətinə “Nikoyl Lizinq Kompaniyası” MMC-yə verilmiş 01 iyun 2009-cu il tarixli, 000131 nömrəli, “Atəşgah Sığorta Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 01 iyun 2009-cu il tarixli, 000135 nömrəli və “İnteqral” Qapalı Səhmdar Cəmiyyətinə 19 oktyabr 2012-ci il tarixdə verilmiş 000789 nömrəli lisenziyalar ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm