Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır
Bizi izləyin

İqtisadi gündəm

Çindən sonra Avropa da kriptovalyutaların IPO-suna qadağa qoymağa hazırlaşır

Avropa Mərkəzi Bankı (ECB) kriptovalyutaların ilkin emissiyasına (IPO) qadağa qoymağı müzakirə edir.

Publika.az bildirir ki, bu barədə məlumatı Avstriyanın Mərkəzi Bankının rəhbəri və ECB-nin idarə heyətinin üzvü Evald Novotnı bildirib.

Novotni açıqlamasında qeyd edib ki, bitkoin kimi virtual valyutalar çox təhlükəlidir. O, virtual valyutaların Avropada IPO-sunun qadağan olunması barədə sualı da cavablandırıb: "ECB-də bununla əlaqədar sərt qanuni məhdudiyyətlər qəbul olunacaq".

Xatırladaq ki, bir müddət əvvəl Çin Mərkəzi Bankı (PBOC) rəqəmsal valyutaların IPO-sunun qanundankənar olduğunu və bununla bağlı təbliğedici fəaəliyyətlərin dayandırılacağını bildirib. PBOC-un yaxın vaxtlarda bütün kriptovalyutaların Çində istifadəsinin və ticarətinin qadağan olunacağını təklif edəcəyi bildirilir. Bank kriptovalyutaların normal pullara ekvivalent dəyərə sahib olmayacağını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm