İqtisadi gündəm
Azərbaycan məhsullarına dair reklam çarxları “Rossiya 24” kanalında - - VİDEO
“Rossiya 24” kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanılıb.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, oktyabrın 5-dən etibarən Rusiyanın “Rossiya 24” federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb.
“Made in Azerbaijan” brendinin təşviqinə dair Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək.
Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar.
Reklam çarxlarının hazırlanması və ekranlaşdırılması dövlət büdcəsi hesabına maliyyələşdirilib. İlk reklam çarxlarının Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair hazırlanması təsadüfi deyildir. Çünki öz rəqabətqabiliyyətliliyi və keyfiyyəti ilə seçilən bu məhsullara xarici ölkələrdə, o cümlədən Rusiyada böyük tələbat və maraq var.
Digər rəqabətqabiliyyətli Azərbaycan məhsullarına dair də reklam çarxlarının hazırlanması və xarici ölkələrin müxtəlif nüfuzlu telekanallarında yerləşdirilməsi nəzərdə tutulur.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov