İqtisadi gündəm
DGK: Rüsumun azaldılması kərə yağının ucuzlaşmasına səbəb olacaq
Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək.
Bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib.
"Bilirsiniz ki, Nazirlər Kabineti "Azərbaycan ərazisinə
gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə
müvafiq dəyişiklik edib. İndiyə qədər Azərbaycana idxal edilən kərə
yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük
idxal rüsumları bu malların gömrük dəyərinin 15%-i həcmində olub.
Qərara əsasən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün
tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin
5%-i həcmində müəyyənləşib. Beləliklə, rüsumlar 10% və 3 dəfə
azaldılıb. Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var idi
və hökumət bununla bağlı dərhal müvafiq addım atdı", - deyə qurum
rəsmisi bildirib.
Onun sözlərinə görə, rüsumların azaldılması pərakəndə satış
qiymətlərinə də təsir edəcək: "Əhali bunu tez bir zamanda hiss
edəcək. Rüsumlar azaldılıbsa, bu, kərə yağının pərakəndə satış
qiymətinə də təsir edəcək. Qiymətlərin yüksək olmasına görə bir
çoxları idxalçıları qınayırdı. Lakin nəzərə almalıyıq ki, kərə yağı
Azərbaycana Yeni Zelandiyadan idxal olunur ki, orada da bahalaşma
baş verib. Üstəlik, nəqliyyat xərcləri, dolların məzənnəsi kimi
faktorlar da nəzərə alınmalıdır. Hökumət rüsumları azaltmaqla kərə
yağının ucuzlaşmasına şərait yaratmış oldu".
Qeyd edək ki, yuxarıda qeyd edilən qərar dərc edildiyi gündən (bu gündən) 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-dək qüvvədədir. (apa)
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial23 Aprel 21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO