İqtisadi gündəm
Bitkoin kəskin ucuzlaşdı
Hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoinin məzənnəsi sutka ərzində 18 faiz - 13 030 dollaradək azalıb.
Ötən bazar bitkoinin məzənnəsi 20 min dollara çatmışdı. Belə olan halda, rekord göstəricisi ilə müqayisədə bitkoinin məzənnəsi 30 faiz ucuzlaşıb.
"Bitcoin Cash" alternativ kriptovalyutası da 30 faiz - 2536 dollaradək azalıb.
Ekspertlər məzənnəyə bu kriptovalyutanın gələcəyi ilə bağlı neqativ proqnozların təsir etdiyi qənaətindədirlər. Belə ki, "Bitcoin.com" şirkətinin həmtəsisçisi Emil Oldenburq bəyan edib ki, bitkoinin ticari valyuta kimi perspektivi yoxdur. Bitkoinin leqallaşdırıldığı azsaylı ölkələrdən biri olan Yaponiyanın maliyyə naziri isə bu kriptovalyutanın etibarlı aktiv olmadığını hesab edir.
"CoinMarketCap"ın hesabatına əsasən, kriptovalyuta bazarının kapitallaşması hazırda 589,472 milyard dollar təşkil edir. Bitkoinin payı isə burada təxminən 48,3%-dir. (trend)
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...