Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - Rusiyadan İDDİA
Bizi izləyin

İqtisadi gündəm

Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - Rusiyadan İDDİA

Bitkoin Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanıb.

Publika.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu “InfoWatch” şirkətinin baş direktoru və “Kasperski laboratoriyası” şirkətinin həmtəsisçisi Natalya Kasperskaya bildirib.

“Bitkoin ABŞ kəşfiyyatının sürətli maliyyələşdirilməsi məqsədi ilə Amerika xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Valyuta kursunun nəzarəti birjaların sahiblərinin əlindədir”, - Kasperskayanın Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetində nümayiş edilən slaydlarından birində deyilir.

Qeyd edək ki, bitkoin hər hansı bir mərkəz banka, rəsmi quruluş və s. ilə bağlantılı olmadan ancaq ölkələrin pul vahidi ilə alınıb satıla bilən, hər hansı bir üçüncü qurum və ya şəxsə aid olmadan transfer edilə bilən rəqəmsal pul vahididir. Dünya bazarlarında dollar və avroya alternativ olaraq hesab edilən bitkoinin simvolu ฿, qısaltma adı isə BTC-dir.

Daha əvvəl səsləndirilən iddialara görə, İran da embarqo zamanı bu əngəlləri aşmaq üçün bitkoindən istifadə edib. Son vaxtlar isə Şimali Koreyanın sanksiyaların yaratdığı əngəllərin öhdəsindən gəlmək üçün bitkoindən istifadə etdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm