Azərbaycanın bank sektorunun balans kapitalı 3,7 mlrd. manata çatdı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın bank sektorunun balans kapitalı 3,7 mlrd. manata çatdı

31 dekabr 2017-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 mlrd. 921 mln. manat, cəmi öhdəlikləri isə 24 mlrd. 211,8 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, sektorun balans kapitalı 3 mlrd. 709,2 mln. manat, əhalinin əmanətləri isə 7 mlrd. 542,5 mln. manat olub. Dekabr ayında əhalinin əmanətləri 2,7% və ya 195,9 mln. manat artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 509, şöbələrinin sayı 142, ATM-lərin sayı 2431 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16171 nəfər təşkil edib. Dekabr ayında sektorda filial və ATM sayının azalması əsasən “Dəmir Bank” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub. “Dəmir Bank” ASC nəzərə alınmadan dekabr ayında sektorda işçi sayı 63 nəfər artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm