İqtisadi gündəm
SOFAZ 2018-ci ildə aktivlərin idarə olunmasından daha yüksək gəlir gözləyir
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) 2018-ci ildə aktivlərin idarə olunmasından gəlirlərin ötən illə müqayisədə daha yüksək olacağını gözləyir.
Publika.az bildirir ki, bu barədə Trend-ə Fonddan məlumat verilib.
SOFAZ-dan bildirilib ki, fondun 2018-ci il üçün büdcəsi neftin bir barreli üçün 45 dollar nəzərə alınaraq proqnozlaşdırılıb. 2017-ci ildə bu göstərici 40 dollara bərabər idi:
"Bununla belə, bu göstərici qiymətlərin azalması riskinin ehtiyatlı qiymətləndirilməsidir, çünki indi neft bazarında tendensiyaları nəzərə alsaq, faktiki orta illik qiymətin yüksək olması ehtimal olunur. 2018-ci ilin yanvarında SOFAZ həmçinin "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsi barədə sazişin uzadılmasına görə 450 milyon dollar bonus əldə edib".
Fonddan qeyd edilib ki, yuxarıda sadalanan faktları nəzərə almaqla gözləmək olar ki, SOFAZ-ın 11,56 milyard manat həcmində büdcə gəlirləri proqnozu tamamilə icra olunacaq:
"Qeyd etmək lazımdır ki, 2017-ci ildə faktiki nəticələr gözləntiləri əhəmiyyətli dərəcədə üstələmişdi, fondun aktivləri isə 33,1 milyard dollardan 35.8 milyard dollaradək yüksəlmişdi. Bu il SOFAZ büdcəsinin profisiti 1,8 milyard manat həcmində dəyərləndirilir".
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı