Dövlət Komitəsi sahibkarlarla görüş keçirdi
Bizi izləyin

İqtisadi gündəm

Dövlət Komitəsi sahibkarlarla görüş keçirdi

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Xəzər Avropa Klubunun (Caspian European Club) birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırması, istehsal olunan məhsulların keyfiyyəti, təhlükəsizliyi, rəqabət qabiliyyəti və ixrac potensialının yüksəldilməsi, xarici ticarətin daha da liberallaşdırılması, nəzarət mexanizminin şəffaflığının və çevikliyinin artırılması, sahibkarlığın inkişafının sürətləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların “Made in Azerbaijan” brendi altında təşviqi, eləcə də Komitənin fəaliyyəti barədə müzakirələr aparılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, ölkədə prezidentin rəhbərliyi altında iri miqyaslı islahatlar keçirilir ki, bu da bir çox sahələri əhatə edir: "Dövlət Komitəsinin tərkibində fəaliyyət göstərən standartlşdırma, metrologiya, patent, əmtəə nişanları xidmətləri ləğv olundu və yerinə publik hüquqi şəxs statusunda müəssisələr yaradıldı. Bu islahatlar nəticəsində təxminən 300-ə yaxın dövlət büdcəsindən maliyyələşən ştatları geri qaytardıq. 150 nəfərə yaxın işçi qəbul etdik və özünü maliyyələşdirən müəssisə və təşkilatlar yarandı. Bu çox böyük inkişaf prosesi deməkdir. Biz beynəlxalq normalara uyğun mərkəzlər yaratdıq. Bu çox vacib idi, çünki akkreditasiya sahəsində bir qədər geridə qalmışdıq. Dövlət büdcəsindən maliyyələşən dövlət xidməti statusu Avropa Akkreditasiya qurumuna qəbul olunmağımıza imkan vermirdi. Lakin artıq bu prosesdə də Avropa standartlarına uyğunlaşma aparılır".

Görüşdə Komitə rəhbərliyi ilə yanaşı, xarici ölkələrin səfirləri, nümayəndələri və 100-dək sahibkar iştirak edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm