Azərbaycan neftinin bir bareli 70 dollara satılır
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan neftinin bir bareli 70 dollara satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,94 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 5-də 69,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 5-də 65,01 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 5-də 67,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm