Brent neftinin qiyməti 72 dolları ötdü
Bizi izləyin

İqtisadi gündəm

Brent neftinin qiyməti 72 dolları ötdü

Dünya birjalarında neft bahalaşıb.

Publika.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar və ya 0,40% artaraq 67,09 dollar təşkil edib.

Qeyd edək ki, sonuncu dəfə bu qiymət 2014-cü ilin dekabrında qeydə alınıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar təşkil edib.

"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,9 dollar və ya 2,62% artaraq 74,48 dollar təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm