Mikayıl Cabbarovdan sahibkarlara ŞAD XƏBƏR - VİDEO
Bizi izləyin

İqtisadi gündəm

Mikayıl Cabbarovdan sahibkarlara ŞAD XƏBƏR - VİDEO

Vergilər Nazirliyi sahibkarlara dəstək mahiyyətli addım atacaq. Nazir Mikayıl Cabbarov mikro və kiçik sahibkarların vergi yükünün azaldılacağını, vicdanlı vergi ödəyicilərinə isə bir sıra güzəştlərin tətbiq olunacağını açıqlayıb.

Publika.az Xezerxeber-ə istinadən bildirir ki, mikro və kiçik sahibkarların vergi yükü azaldılacaq. Bu açıqlama ilə vergilər naziri Mikayıl Cabbarov çıxış edib. Nazir bu addımın həmin qəbildən olan sahibkarların inkişafına dəstək olmaq üçün atıldığını vurğulayıb.

Nazir vicdanlı vergi ödəyicisi olan sahibkarlara da fərqli yanaşmanın olacağını və bu qəbildən olan sahibkarlara bir sıra güzəştlərin edilə biləcəyini qeyd edib. Mikayıl Cabbarov bu yanaşmanın vergidən yayınan digər sahibkarları da şəffaf fəaliyyət göstərməyə təşviq edəcəyinə diqqət çəkib.

Onu da qeyd edək ki, bu gün Vergilər Nazirliyi və Avropa İttifaqı arasında Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasına dəstək tvininq layihəsinin təqdimatı mərasimi keçirilib. Tədbirdə Avropa İttifaqının nümayəndələri, Vergilər Nazirliyinin əməkdaşları, müstəqil ekspertlər iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm