Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və Rusiya gömrük-sərhəd prosedurlarını sadələşdirəcək

"Gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparırıq".

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib.

"Bu, bizim üçün çox vacibdir. Azərbaycan sahibkarları, xüsusi ilə tütün məmulatlarının, spirtli içkilərin ixracı zamanı rəsmiləşdirmə üçün Gürcüstanın Yuxarı Lars məntəqəsinə gedir, oradan Bakıya qayıdırdılar və buradan da Dərbəndə gedir, beləliklə mallarını ixrac edirdilər. Bu proseslərə artıq ehtiyac olmayacaq", - deyə nazir vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm