İqtisadi gündəm
İqtisadiyyata yönəldilən hər 100 manatın 5,5 manatı geri qayıtmır
Mərkəzi Bank bank sektoru üzrə statistik məlumatları açıqlayıb.
Publika.az xəbər verir ki, problemli kreditlərin həcmi son 1 ildə 18,7%, 2014-cü ilin 4 ayında isə 13% artıb. Cari ildə 102,8 milyon manatın taleyi sual altına düşüb. Halbuki ötən il bu rəqəm 44 milyon manata bərabər olub. Digər problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manata çatıb. Ümumi kredit qoyuluşunda onların payı 10 ay əvvəlki həddə – 5,5%-ə yüksəlib. Bu, o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır.
Ümumi kreditləşmədə isə bu pay 40,7%-ə çatıb. Əmanətlərin orta illik faiz dərəcəsində də azalma var. Azalma daha çox manatla yatırılan əmanətlərdə baş verib. Manatla yerləşdirilən əmanətlər üzrə illin əvvəlindəki 9,42%-dən 9,16%-ə düşüb. Son bir ildə azalma 0,4% təşkil edib. Ötən ilin müvafiq dövründə orta faiz dərəcəsi 9,55% olub. Kreditlərin orta illik faiz dərəcəsi isə aprelin sonuna ilin əvvəli ilə müqayisədə artaraq 14,13%-dən 14,20%-ə yüksəlib. Artım həm milli, həm də xarici valyutada müşahidə edilib.
İqtisadiyyat şöbəsi
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...