"Azərikimya"ya yeni sədr TƏYİNATI
Bizi izləyin

İqtisadi gündəm

"Azərikimya"ya yeni sədr TƏYİNATI

Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin (AİB) Müşahidə Şurasına yeni sədr təyin olunub.

Millət vəkili Muxtar Babayevin əvəzinə təyin olunan yeni sədr Arzumanzadə İmran Yaqub oğludur.

Məlumata görə, bu gün keçirilən iclasda SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, SOCAR vitse-prezidentləri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak ediblər.

İ.Arzumanzadə daha öncə "Azərikimya" İB-nin icraçı direktorunun müavini olub və 2015-ci ildə Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Qeyd edək ki, "Azərikimya" İB-nin Müşahidə Şurasının əvvəlki sədri, millət vəkili Muxtar Babayev isə prezident İlham Əliyevin sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri təyin olununb. (xeberle.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm