FED uçot dərəcəsini dəyişmədi
Bizi izləyin

İqtisadi gündəm

FED uçot dərəcəsini dəyişmədi

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

Publika.az xəbər verir ki, FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm