İqtisadi gündəm
Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində kadr islahatlarına münasibət bildirib
"Dövlət Gömrük Komitəsində islahatlar davam edəcək".
Bunu Dövlət Gömrük Komitəsi sədri Səfər Mehdiyev qurumda aparıdığı kadr islahatlarına münasibət bildirərkən belə deyib.
"İslahatlar o demək deyil ki, kiminsə işində nöqsan var. Bu islahatların davamıdır. Biz ümumiyyətlə ticarət sahəsində aparılan işlərlə, əməliyyatlarda əlaqədar Dövlət Gömrük Komitəsində, gömrük işi sahəsində bütün islahatları davam etdirəcəyik. Sahibkarlara münbit şəraitin yaradılması üçün ilk növbədə biz gömrük orqanlarında yeni gücün, yeni kadr potensialının əlavə olunmasını ehtiva edirik", - deyə S.Mehdiyev vurğulayıb.
Komitə sədri sahibkarlara da müraciət edib: "Dolayısı ilə mən burdan sahibkarlara da müraciət edib demək istəyirəm ki, eyni şəkildə sahibkarların düzgün iqtisadi inkişafla , düzgün ticarətlə məşğul olan sahibkarlar bizim dostumuz olacaq. Amma saxta sənədlər tərtib edən, gömrük vergi və rüsumlarından yayınan sahibkarlara, bu hallara qarşı bizim çox ciddi tədbirlərimiz olacaq". (apa)
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO