"Brent" neftinin qiyməti son 4 ildə ilk dəfə 79 dolları keçdi
Bizi izləyin

İqtisadi gündəm

"Brent" neftinin qiyməti son 4 ildə ilk dəfə 79 dolları keçdi

Dünya birjalarında neft yenidən bahalaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,60 dollar və ya 0,85% artaraq 71,56 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar ya 1,05% artaraq 79,05 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti sonuncu dəfə 2014-cü ilin noyabrın 25-də 79 dollar olub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm