Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı komissiya yaradıldı
Bizi izləyin

İqtisadi gündəm

Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı komissiya yaradıldı

Nazirlər Kabinetinin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.

Komitənin kreditor borcları olan hüquqi və fiziki şəxsləri öz tələblərini mayın 18-dən iyulun 18-dək ləğvetmə komissiyasına bildirə bilərlər.

Xatırladaq ki, "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm