İqtisadi gündəm
Azərbaycan - Fransa Hökumətlərarası İqtisadi Komissiyasının toplantısı keçiriləcək
Bu gün maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, S. Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını bildirib.
Hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən maliyyə naziri qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyini söyləyib.
Fransalı nazir isə Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə geniş perspektivlər olduğunu qeyd edib.
Görüşdə cari ildə prezident İlham Əliyevin Parisə gözlənilən səfəri ərəfəsində Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, enerji, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!