• USD 1,7000 0,00% EUR 2,0006 -0,83%
    • GBP 2,1796 -1,06% RUB 0,0223 -0,90%

Dövlət Gömrük Komitəsində yenilik: Sahibkarlara ünvana çatma ilə bağlı "sms" göndəriləcək

Dövlət Gömrük Komitəsində yenilik: Sahibkarlara ünvana çatma ilə bağlı "sms" göndəriləcək

Samur gömrük məntəqsindən 2018-ci ilin may ayı ərzində ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.

Publika.az xəbər verir ki, jurnalistlərə bu barədə məlumatı qurumun Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları baş idarəsinin texnoloji innovasiyalar idarəsinin rəisi Azər Abbasov deyib.

O qeyd edib ki, bir saat ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttindən ümumi olaraq 15-20 maşın yoxlanılır:

"Gün ərzində isə təxminən 200-250-yə yaxın minik avtomobili və eyni sayda yük avtomobilləri də keçir. İdxal və ixrac xətlərinin hər birində eyni anda 3 yük avtomobilinin yoxlaması mümkündür. Bir yük avtomobilinin yoxlanılma prosesi 15-20 dəqiqə, minik avtomobilinin yoxlanışı isə 5 dəqiqə ərzində tamamlanır".

Qeyd edək ki, may ayının 29-dan etibarən DGK yeni xidmətini aktivləşdirib. Belə ki, artıq sahibkarlar nəqliyyat vasitələrinin təyinat məntəqəsinə çatması haqqında "sms" vasitəsilə dərhal məlumat əldə edə biləcəklər. Bundan başqa Gürcüstan, Ukrayna və İranla birbaşa informasiya mübadiləsi apararaq gömrükdə gözləmə müddəti minimuma endirilir.

Könül

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR