• USD 1,7000 0,00% EUR 2,0332 +0,58%
    • GBP 2,3412 +0,28% RUB 0,0224 +1,79%

Gürcüstan və İran istiqamətindəki dəmir yolunda skanerlər quraşdırılır

Gürcüstan və İran istiqamətindəki dəmir yolunda skanerlər quraşdırılır

"Gürcüstan və İran istiqamətində olan dəmir yolunda skanerlərin quraşdırılması işləri yekunlaşmaq üzrədir".

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Nəzarətinin Təşkili Baş idarəsi rəisinin müavini Səməd Qaralov deyib.

O bildirib ki, İran və Gürcüstan istiqamətində olan dəmir yollarında istifadəyə veriləcək skanerlər ölkəyə gətirilən malların sürətli yoxlanılmasına şərait yaradacaq:

"Rusiya istiqamətində dəmir yolunda skanerlər artıq quraşdırılıb. İran və Gürcüstan istiqamətində isə yekun işlər görülür. Hələ ki, dəqiq vaxtı məlum deyil. Amma yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur. Dəmir yolu skanerləri ilə qatarların hərəkətini dayandırmadan malların sürətli yoxlanılması həyata keçiriləcək".

Könül

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR