Azərbaycan nefti ucuzlaşdı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,23 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 1,3 dollar dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 2-də 78,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 2-də 75,33 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,32 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 2-də 76,65 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,25 dollar/barel azdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm