Vergilər Nazirliyində KADR DƏYİŞİKLİYİ - (YENİLƏNDİ)
Bizi izləyin

İqtisadi gündəm

Vergilər Nazirliyində KADR DƏYİŞİKLİYİ - (YENİLƏNDİ)

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Nazirliyin strukturunda aparılan dəyişikliklərdə 14 nəfərə yaxın adam işindən azad edilib. Onar arasında nazirin müşaviri Habil Məmmədov da var. Bundan başqa yeni təyin edilən şəxslərin siyası aşağıdakı kimidir:

Vergi auditi departamentinə Camal Qasımov,

Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov,

Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov

Rəqəmsal Texnologiyalar Departamentinə Ülvi Mansurov

Vergi Siyasəti Departamentinə Samirə Musayeva

İqtisadi Təhlil və Ekspertiza Departamentinə isə Natiq Şirinov təyin edilib.

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm