Virtual pullar ucuzlaşır
Bizi izləyin

İqtisadi gündəm

Virtual pullar ucuzlaşır

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün ucuzlaşıb.

Trend-in məlumatına görə, bitkoin 6,5 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 2,31% ucuzlaşaraq 6 495 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 4,31% və ya 460,22 dollaradək ucuzlaşıb, "Ripple" 5,37% (0,48 dollara qədər), "Bitcoin Cash" 6,88% (755,14 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 264,12 milyard dollar təşkil edir və bunun 42,1 faizi bitkoinin payına düşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm