İqtisadi gündəm
Cümhuriyyətin 100 illiyi ilə bağlı keçirilən müsabiqənin nəticələri açıqlandı - FOTOLAR
İqtisadiyyat Nazirliyinin Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi ilə bağlı KİV nümayəndələri arasında
keçirdiyi müsabiqənin nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, nazirlik rəsmilərinin və KİV
nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan
Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov
vurğulayıb ki, bu il yaranmasının 100-cü ildönümünü qeyd olunan və
müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti cəmi 23 yaşasa da, milli dövlətçilik tarixində
silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal
duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün
zəmin yaradıb: “AXC dövründə milli ordu quruculuğu, maarif və
mədəniyyət, xaricdə təhsil sahələrində, eləcə də ölkənin
sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin
yaradılması istiqamətində mühüm işlər görülüb. Belə ki, o dövrdə
neft sənayesi ağır vəziyyətdən çıxarılıb, bir çox infrastruktur
layihələri reallaşdırılıb, milli pul nişanları tədavülə buraxılıb,
Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilib, Azərbaycan Dövlət Bankı
yaradılıb və s”.
Qeyd olunub ki, AXC dövründə başlanılan, amma başa çatdırılmayan
bir çox işlər XX əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş
Azərbaycan Respublikası tərəfindən həyata keçirilib: “Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin
hərtərəfli inkişaf modeli Azərbaycan Xalq Cümhuriyyətinin ali
arzularının həyata keçirilməsinə gözəl nümunədir. Bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası
möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü
yaşayır. Dayanıqlı və davamlı inkişaf edən Azərbaycan dünyada
etibarlı tərəfdaş, beynəlxalq layihələrin təşəbbüskarı və fəal
iştirakçısı, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, dünya
miqyasında əhəmiyyətli tranzit mərkəzidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Cümhuriyyətin
yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbirdə qeyd etdiyi
kimi, “Əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünki
Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr
edərdilər”.
Niyazi Səfərov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan
edilməsini bu, dövlət başçısının tariximizə göstərdiyi böyük
diqqətin göstəricisi olduğunu vurğulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov
çıxış edərək, İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilən
müsabiqələrdə, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün
iqtisadiyyatı” mövzusunda keçirilən müsabiqədə KİV-in fəal iştirak
etdiyini bildirib, iştirakçıları təbrik edərək, müsabiqənin
təşkilinə görə nazirliyə təşəkkür edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli dövlət başçısının ölkəmizdə medianın inkişafına
xüsusi diqqət və qayğı göstərdiyini vurğulayaraq, KİV-nümaəndələri
arasında belə müsabiqələrin təşkilinin jurnalistlər arasında
araşdırmaların aparılmasına marağın artırılmasında önəmini qeyd
edib.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri, Müsabiqə Komissiyasının
sədri Ayaz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti
liderlərinin böyük əksəriyyəti jurnalist olub. XX əsrin
əvvəllərində fəaliyyət göstərən demokratik yönümlü mətbuat
orqanları xalqı narahat edən problemlərə həssas yanaşıb, azadlıq,
istiqlalçılıq, türkçülük ideyalarını təbliğ ediblər.
Bildirilib ki, İqtisadiyyat Nazirliyi AXC dövrünün iqtisadiyyatına
bir daha nəzərə salmaq məqsədilə Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birgə KİV
nümayəndələri arasında müsabiqə elan edib.
Müsabiqəyə ümumilikdə 85 məqalə təqdim edilib. Bütün materiallar
İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən
qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar
təqdim edilib. Müsabiqənin digər iştirakçılarına da diplom və
hədiyyələr verilib.
Asif
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır