Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI məlum oldu
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI məlum oldu

Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin kütləvi biçini davam edir.

Publika.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci il iyul ayının 23-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb.

Toplanmış məhsul 2 milyon 833,4 min ton təşkil edib və məhsuldarlıq 29,1 sentnerə bərabər olub. Yığılmış məhsulun 1 milyon 895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli-paxlalı bitkiləridir.

Respublikanın 11 rayonunda dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digər rayonlarda isə 90,0 faizdən aşağı olub.

Ölkənin 29 rayonunda dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (40,5 sentner), Saatlı (40,3), Sabirabad (39,4), Tərtər (38,2), Ağdam (37,1), Ağcabədi (35,9), İmişli (35,8) və Beyləqan (34,4) rayonlarında olub.

Şəki şəhərində (216,7 min ton), Cəlilabad (156,5 min ton), Kürdəmir (136,4 min ton), Neftçala (121,9 min ton), Füzuli (108,2 min ton), Ağcabədi (107,0 min ton) və Ağsu (98,7 min ton) rayonlarında daha çox taxıl istehsal edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm