Azərbaycan və İran bu sahədə əməkdaşlığı möhkəmləndirəcək
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan və İran bu sahədə əməkdaşlığı möhkəmləndirəcək

İran informasiya texnologiyaları (İT) sahəsində Azərbaycanla təcrübəsini paylaşmağa hazırdır.

Bunu İran prezident administrasiyasının rəhbəri Məhəmməd Vaizi Tehranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı deyib.

M.Vaizi qeyd edib ki, hər iki ölkə ikitərəfli münasibətlərin gələcək inkişafı və möhkəmləndirilməsi üçün kifayət qədər potensiala malikdir. O, Azərbaycan-İran hökumətlərarası komissiyasının fəaliyyətinin aktivləşdirilməsinin vacibliyini vurğulayıb.

Öz növbəsində, R.Quluzadə iki ölkə arasında münasibətlərdən məmnunluğunu ifadə edib və vurğulayıb ki, Azərbaycan tərəfi elektron ticarət, nəqliyyat, gömrük kimi sahələrdə İranla əlaqələrin möhkəmləndirilməsində maraqlıd (Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm