Azərbaycan tekstili Avropa ölkələrində...
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan tekstili Avropa ölkələrində...

Azərbaycanın tekstil məhsulları istehsalçıları Latviyada açılmış ticarət evi vasitəsilə Avropa bazarına, xüsusilə Baltik ölkələri bazarına çıxmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bunu Trend-ə Tekstil məhsulları istehsalçıları və ixracatçıları Assosiasiyasının sədri, “Gilan Textile” şirkətinin rəhbəri Mehriban Axundova deyib.

Onun sözlərinə görə, Azərbaycan məhsulu əsasən MDB ölkələrinə, Türkiyəyə ixrac olunur, hazırda bəzi şirkətlər Avropa bazarlarına çıxmaq üçün çalışır.

Assosiasiya rəhbəri Azərbaycanda tekstil sənayesinin inkişaf prioritetləri arasında yerli məhsulların maya dəyərinin azaldılması və dizayner şirkətlərin yaradılmasını sadalayıb.

M.Axundova əlavə edib ki, hazırda ölkəyə xaricdən daxil olan tekstil məhsullarının əsas həcmi tərkibində həddən çox poliester olan Çin və Pakistan istehsalı olan qarışıq parçalardır:

“Bu, həm uşaq geyimlərinə, həm də böyüklər üçün geyimlərə aiddir. Amma bu məhsullar üçün qiymətlər ucuz olduğu üçün əhalinin böyük əksəriyyəti xarici mallara üstünlük verir. Onlardan fərqli olaraq bizim yerli məhsulumuz çox keyfiyyətli parçalardan hazırlanır. Əgər uşaq geyimi yüz faiz pambıqdırsa, bu, yüksək keyfiyyətli parçadır. Faktiki olaraq hazırda idxal olunan məhsulun tək üstünlüyü çox aşağı qiymətlərdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm