İqtisadi gündəm
“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir
İranın avtomobil istehsalçısı "Iran Khodro" Azərbaycanda istehsalın ikinci xəttini işə salmaq niyyətindədir.
Publika.az bildirir ki, bunu Trend-in İrandakı xüsusi müxbirinə İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Möhsün Salehiniyə deyib.
Nazir müavininin sözlərinə görə, bu addım şirkətə Azərbaycanda istehsalatı genişləndirməyə imkan verəcək:
"Hazırda "Iran Khodro" gündəlik avtomobil buraxılışını 4-dən 8-ə qaldırmaq üçün mövcud istehsalat xəttinin gücünü artırmağı planlaşdırır. Gələcəkdə şirkət ikinci istehsalat xəttini işə salaraq ildə 2500 avtomobil istehsal etməyi nəzərdə tutur".
Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.
Müəssisədə "Khazar" brendi ilə avtomobillərin, həmçinin "Peugeot" və "Renault" avtomobillərinin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO