İqtisadi gündəm
Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
Azərbaycan Xarkov və Odessada ticarət evləri açmağı planlaşdırır. Publika.az xəbər verir ki, Trend-ə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən verilən məlumata görə, gələcəkdə Azərbaycan Lvov və Truskavetsdə də ticarət evlərini açmaq imkanını nəzərdən keçirir.
22 iyunda Kiyevdə Azərbaycanın Ukraynada ilk ticarət evi açılıb. Açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Ukraynanın Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv iştirak ediblər.
Ticarət evlərində "Made in Azerbaijan" brendi ilə təqdim olunan mallar arasında mineral sular, alkoqollu içkilər, kosmetika, avtomobil yağları, çay və digər məhsullar olacaq.
Son vaxtlar Azərbaycan "Made in Azerbaijan" brendini xarici ölkələrdə aktiv olaraq təşviq edir. Bu məqsədlə artıq Riqada (Latviya, Minskdə (Belarus) ticarət evləri açılıb. Azərbaycan şərab evinin Şanxayda (Çin) açılması da nəzərdə tutulub.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK