Ölkəyə 3,6 milyard manatlıq investisiya qoyulub
Bizi izləyin

İqtisadi gündəm

Ölkəyə 3,6 milyard manatlıq investisiya qoyulub

Ölkəyə 3,6 milyard manatlıq investisiya qoyulub

Bu ilin birinci rübündə ölkə iqtisadiyyatına 3,6 milyard ABŞ dolları həcmində və ya əvvəlki ilin eyni dövründəkindən 25,1 faiz çox xarici investisiya yönəldilib.

Publika.az xəbər verir ki, investisiyaların 14,5 faizi iqtisadiyyata maliyyə kreditləri, 53,0 faizi birbaşa, 32,5 faizi isə portfel və digər investisiyalar şəklində daxil olub.

Birbaşa investisiyaların həcmi 1,9 milyard dollar təşkil edərək 2013-cü ilin eyni dövrü ilə müqayisədə 34,6 faiz artmış, onun 1,6 milyard dolları və ya 86,3 faizi iqtisadiyyatın neft-qaz sektoruna yönəldilib.

Bu dövrdə ölkə rezidentlərinə 521,3 milyon ABŞ dolları ekvivalentində və ya əvvəlki ildəkindən 3,1 faiz çox xarici kreditlər təqdim edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm