Orta və kiçik sahibkarlar üçün YENİLİK: Memorandum imzalandı
Bizi izləyin

İqtisadi gündəm

Orta və kiçik sahibkarlar üçün YENİLİK: Memorandum imzalandı

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb.

Publika.az xəbər verir ki, Memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Nazir bildirib ki, dövlət başçısının kiçik və orta sahibkarlığının ölkə iqtisadiyyatında rolunun artırılması sahibkarlığın inkişfına göstərilən diqqətdir:

"Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətə davamlı inkişafı təmin olunub. Yeni istehsal sahələri yaranıb və yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcmi yüksəlib. Sahibkarlıq subyektinin sayı 4 dəfə artıb və özəl sektorun məşğulluqda payı 75%-i keçib. Düşünürük ki, imzalanan memorandum bizə yeni bir platforma yaradacaqdır. Burada ana xətt vətəndaşlara yüksək səviyyədə xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir".

O.Məmmədov bildirib ki, imzalanan memoramdum məşğulluq təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çağırışlarına cavab verən yeni əməkdaşlıq və tərəfdaşlıq formalarını müəyyən edir:

"Kiçik bizneslərin yaradılmasının təşviqi rolu ilə özünü məşğulluq, əhalinin sosial həssaslıq qruplarının məşğulluğunun təmini əsas prioritetlərindəndir. İmzalanan memorandum göstərilən istiqamətdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək".

O.Məmmədov qeyd edib ki, yeni yardılan DOST agentliyi formalaşmaqda olan kiçik və orta biznesin dostları şəbəkəsi kimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərinin reallaşdırılması üçün geniş imkanlar yardacaq. Memorandum çərçivəsində 30-a yaxın fəaliyyətin birgə təşkili və hətta həyata keçirilməsi barədə razılığa gəlinib".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm