İqtisadi gündəm
TAP Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək
Transadriatik qaz kəməri (TAP) Albaniyada çoxsaylı obyektləri qazla təmin etməyə imkan verəcək.
Publika.az xəbər verir ki, bunu Trend-ə Albaniya infrastruktur və energetika nazirinin müavini Enis Aliko deyib.
O bildirib ki, TAP konsorsiumu Fieri şəhərinin yaxınlığında boru kəmərinin çıxış nöqtəsini tikəcək:
"Bu, Albaniyaya TAP vasitəsilə qaz almağa imkan verəcək. Bu, həmçinin qazla işləyən Vlyora elektrik stansiyasının işini bərpa etməyə kömək edəcək".
Nazir müavini əlavə edib ki, bu qaz kəməri Albaniyaya iki neft emalı zavodunu, eləcə də Fieridə ağır neft istehsalı zavodunu qazla təmin etməyə imkan verəcək:
"TAP ölkəni tamamilə qazlaşdırmağa imkan verəcək və bunun sayəsində ölkə payız-qış dövrlərində elektrik enerjisi idxal etməli olmayacaq".
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!