İqtisadi gündəm
Agentlik: Hesabatda Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə MDB-də 1-ci yer tutur.
Bu barədə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Dünya İqtisadi Forumunun 2018-ci il üçün nəşr olunan Qlobal Rəqabətlilik Hesabatı (GCI-2018) ilə əlaqədar şərhində deyilir.
Qeyd olunur ki, Dünya İqtisadi Forumunun açıqladığı GCI-2018 üzrə ölkələrin rəqabətqabiliyyətlilik reytinqinə uyğun olaraq Azərbaycan 69-cu yeri tutub:
"Reytinqin hesablamaları əvvəllər tətbiq olunan metodikadan xeyli dərəcədə fərqlənən yeni metodika əsasında həyata keçirilib. Reytinq 12 mövqe üzrə tərtib edilir və əqli mülkiyyət mövqeyi nəzərindən 1-ci mövqe - “Təsisatlar” vacib əhəmiyyətə malikdir. “Təsisatlar” mövqeyində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4.8 bal yığaraq 36-cı yerdə qərarlaşıb (ötən il 37-ci yeri tutub). “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB dövlətləri arasında 1-ci yer tutur və müvafiq olaraq Ermənistandan 30, Gürcüstandan isə 54 pillə irəlidədir və Cənubi Qafqaz ölkələri arasında şəksiz liderdir. Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyası 85-ci, Ukrayna isə - 114-cü yerdədir".
Agentlikdən bildirilib ki, “İnnovasiya” mövqeyi müəyyən dərəcədə əqli mülkiyyətlə əlaqəlidir: "Azərbaycan “İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq 85-ci yerdə olan Gürcüstanı və 87-ci yerdə olan Qazaxıstanı qabaqlayaraq 71-ci yeri tutur. Bu mövqe üzrə Rusiya Federasiyası (36-cı yer) və Ukrayna (58-ci yer) liderlik edirlər".
Əlavə olunub ki, Azərbaycanın “İnnovasiya” mövqeyi üzrə göstəricilərinin yaxşılaşmasına bu mövqeyə daxil olan patent sahəsində və ticarət markaları sahəsində fəallığın yüksəldilməsinə yönəlmiş tədbirlər kömək etməlidir:
"O cümlədən, “Patent ərizələri” və “Əmtəə nişanlarına ərizələr” göstəricilərinə görə Azərbaycan, müvafiq olaraq, 87-ci və 101-ci yeri tutur. Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni yaradılmış Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin H-indeksi istiqamətində işlər görülür". (trend)
-
Hadisə19:50
Bakıda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Magazin119:48
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü