İqtisadi gündəm
Azərbaycan beynəlxalq ərzaq sərgisində təmsil olunur - FOTO
Fransa paytaxtının şimalında yerləşən “Paris-Nord Villepinte” sərgilər parkında SIAL Paris beynəlxalq ərzaq sərgisi açılıb.
Publika.az xəbər verir ki, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov sərginin açılış mərasimində iştirak edib.
İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti sərgidə öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edir.
Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaq.
Qeyd edək ki, 1964-cü ildən dünyanın müxtəlif ölkələrində keçirilən SIAL sərgisində bu il 109 ölkədən 7 mindən çox şirkət iştirak edir. Bu şirkətlər ərzaq sahəsində 23 sektoru əhatə edir.
SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO