Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edildi
Bizi izləyin

İqtisadi gündəm

Gömrük əməkdaşları üçün baxış-rentgen texnikası üzrə operator təlimi təşkil edildi

Oktyabrın 22-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Hi-Scan-Hi-Trax II" baxış-rentgen texnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarx nümayiş etdirilib.

Sonra təlimçilər tərəfindən "Hi-Scan-Hi-Trax II" baxış-rentgen texnikasınınistismar qaydaları barədə məlumat verilib.

Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları, təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə, gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi Dövlət Gömrük Komitəsinin müvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları - Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarənin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin rəisi Əmir Əsədov və Naxçıvan MR Dövlət Gömrük Komitəsi Yoxlama-Baxış Sistemlərinin İstismarı şöbəsinin rəisi Əkrəm Məmmədov aparır.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə əldə edən iştirakçılara sertifikatlar veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm