İqtisadi gündəm
Müdafiə və təhlükəsizlik xərcləri artırılacaq
Azərbaycanda 2019-ci il dövlət büdcəsi layihəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği ötən illə müqayisədə artırılıb.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində ümumilikdə müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait 3 milyard 37 milyon 618 min manat təşkil edir.
Bu məbləğdən müdafiə qüvvələri üçün nəzərdə tutulan vəsait 1 milyard 494 milyon manat, milli təhlükəsizlik üçün 156 milyon 989 min manatdır.
Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 2,8 milyon manat, digər kateqoriyalara aid edilməyən xərclərə sərf ediləcək vəsait isə təqribən 1,4 milyard manat nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci il dövlət büdcəsində müdafiə xərcləri üçün ayrılan vəsaitin məbləği təqribən 2,9 milyard manat təşkil etmişdi. (trend)
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?