159 min tona yaxın pambıq tədarük olundu
Bizi izləyin

İqtisadi gündəm

159 min tona yaxın pambıq tədarük olundu

Oktyabrın 23-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min 83 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Publika.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 min 343 ton çoxdur.

Ən çox pambıq tədarükü Saatlı, Ağcabədi, Bərdə, Beyləqan və Biləsuvar rayonlarında olub. Saatlıda 21 min 184 ton, Ağcabədidə 16 min 836 ton, Bərdədə 16 min 400 ton, Beyləqanda 14 min 597 ton, Biləsuvarda 13 min 583 ton pambıq tədarük olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm