Azərbaycan - Dünyanın ən islahatçı ölkəsi - ŞƏRH
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan - Dünyanın ən islahatçı ölkəsi - ŞƏRH

“Dünya Bankının dərc etdiyi "Doing Business 2019" hesabatı 190 ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı olan qanunverici aktların və onların tətbiq olunmasını obyektiv olaraq qiymətləndiməyə imkan verir”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Tahir Mirkişili Azərbaycanın "Doing Business 2019" hesabatında mövqeyinin irəliləməsini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, hesabat 11 indikator üzrə ölkələri təhlil etsə də, reytinq cədvəlində 10 indikatorun (əmək bazarının tənzimlənməsi indikatoru istisna olmaqla) göstəricilərindən istifadə olunur:

“Doing Business 2018" hesabatında 57-ci yerdə qərarlaşan Azərbaycan "Doing Business 2019" hesabatında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşıb. Qeyd etmək lazımdır ki, Azərbaycan hesabat indikatorları üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub. Bu TOP 10 ölkələr əsasən biznesə başlama, kredit əldə etmək və vergi ödəmək sahələrində 62 islahat həyata keçirilib. Bundan əlavə, Azərbaycan hesabatın 10 indikatorundan 8-də islahatlar həyata keçirərək öz mövqelərini yaxşılaşdırıb və islahatların sayında görə dünyada 1-ci olub. Bakı İcra Hakimiyyətində tikintiyə icazələrin “bir pəncərə” prinsipi ilə verilməsi, elektrik şəbəkəsinə qoşulmaları azaldan “ASAN Kommunal” mərkəzlərini açılması, yeni kredit bürosunun yaradılması kimi tədbirlər ölkəmizin mövqelərini xeyli yaxşılaşdırıb”.

T.Mirkişili bildirib ki, iqtisadiyyat sağlam özəl sektor olmadan inkişaf edə bilməz.

“Özəl sektor inkişaf etdikcə yeni iş yerləri yaranır, ölkə daxilində xərclənən və investisiya qoyula biləcək gəlir yaranır. İqtisadi cəhətdən inkişafa diqqət yetirən hər bir ölkə kicik və orta sahibkarlıq subyektlərinin inkişafına təsir edə biləcək qanunların qəbul olunmasına və tənzimləmləmərin tətbiqinə xüsusi diqqət yetirirlər. Səmərəli biznes tənzimləmələri mikro və kiçik sahibkarlara böyümək, innovativ fəaliyyət göstərmək və qeyri-qanuni fəaliyyətdən qanuni fəaliyyətə keçmək üçün imkan və stimul yaradır. Qanuni fəaliyyətlə məşğul olmaq asanlaşdıqca qeyri-qanuni fəaliyyət göstərmək çətinləşir və ya əksinə”.

Millət vəkili onu da vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi və institutsional islahatlar ölkəmizdə sahibkarlıq mühitini getdikcə daha əlverişli etməkdədir:

“Dünya Bankının apardığı təhlillərin nəticələri bunu bir daha göstərir. İslahatların dərinləşməsi və əhatəliliyinin artması ölkəmizdə biznes mühitini daha da inkişaf etdirməklə əhalini rifah halının daha da yaxşılaşmasına imkan yaradacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm