Azərbaycanda adambaşına düşən xarici borcun miqdarı açıqlandı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda adambaşına düşən xarici borcun miqdarı açıqlandı

“2019-cu ilin büdcəsinin gəlirlərinin 60,40 faizi neft gəlirləri hesabınadır. 2017-ci ildə bu 50,2 faiz idi”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

V.Əhmədov hesab edib ki, qeyri-neft sektoru ilə bağlı məsələyə yenidən baxılmalıdır:

“Bazara təsir edən əsas amillər inflyasiya, milli valyutanın sabitliyidir. Ancaq inflyasiya yoxdursa, milli valyuta sabitdirsə, bu zaman qiymət artımı nə üçün müşahidə olunmalıdır? Ancaq ərzaq və dərman məhsullarında bahalaşma baş verir”.

V.Əhmədov əlavə edib ki, indiyə qədər sahibkarlar vergidən yayınıb: “Bunun da müəyyən səbəbləri olub. Sahibkar və işçi üst-üstə 40 faizə qədər vergi verməli olurdu. Bu səbəbdən də ikili mühasibatlıq özünü göstərirdi. Hesab edirəm ki, Vergilər Nazirliyi xətti ilə aparılan islahatlar bu problemləri həll edəcək və şəffaflıq yaradacaq. Bu istiqamətdə aparılan islahatlar pozitiv xarakterlidir”.

Sonda Vahid Əhmədov ölkənin xarici borcu haqqında danışarkən deyib ki, adambaşına düşən xarici borc min ABŞ dolları həcmindədir:

“Bu rəqəm ümumdaxili məhsulun 22 faizi deməkdir. Dövlət qurumları, ayrı-ayrı təşkilatlar xarici borclar götürsə də, buna dövlət zəmanəti verilir. Hesab edirəm ki, dövlət qurumları, ayrı-ayrı təşkilatlar götürdükləri borcu vaxtı-vaxtında ödəməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm