Bu il Azərbaycana 1 milyona yaxın rusiyalı turist gəlib
Bizi izləyin

İqtisadi gündəm

Bu il Azərbaycana 1 milyona yaxın rusiyalı turist gəlib

"Birinci yerdə Rusiyadan gələn turistlərdir. İl hələ ki, yekunlaşmayıb, amma 800 mindən çox rusiyalı gəlib. Rusiyalılar inamla birinci yeri qoruyub saxlayırlar".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev“Bakutel-2018” sərgisində iştirak zamanı Rusiyanın “Rossiya-24”televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı son iki ildə turizm sahəsində artım müşahidə olunduğuu bildirib:

"2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz artım olub, bu il hələ ki, bilmirik, amma yenə də artım var. Turistləri, ilk növbədə, burada özlərini təhlükəsiz hiss etdikləri şərait cəlb edir. Rusiyalılara gəlincə, düşünürəm ki, onlar özlərini evdəki kimi hiss edirlər. Burada dil səddi yoxdur, onlara münasibət çox yaxşıdır. Bizim ortaq tariximiz də mühüm rol oynayır.

Əlbəttə, təhlükəsizliyin, rahatlığın təmin olunması səviyyəsi, Azərbaycan xalqının qonaqpərvərliyi, eyni zamanda, tarixi abidələr, iqlim - yəni, mən turistlərin Azərbaycana niyə gəldiklərinin səbəbləri barədə çox danışa bilərəm. Düşünürəm ki, rusiyalılar məni eşidəcəklər. Mən məmnunluqla onları ölkəmizə dəvət edirəm. Biz onların gəlişinə həmişə şadıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm